...

Nobel prospektində piyadanı vurub öldürən sürücü saxlanılıb

Hadisə Materials 24 Aprel 2019 11:38 (UTC +04:00)
Aprelin 22-də Xətai rayonunun Nobel prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Nobel prospektində piyadanı vurub öldürən sürücü saxlanılıb

Bakı. Samir Əli - Trend:

Aprelin 22-də Xətai rayonunun Nobel prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Saat 23 radələrində yolu keçərkən “Audi” markalı avtomobillə vurulmuş paytaxt sakini Şamo Ağayev hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, faktla əlaqədar Xətai Rayon Polis İdarəsi əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Polis əməkdaşları ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini A.Babayevi saxlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti