Bakı. Trend:
Ağdaş rayonunda yanğın baş verib.
Trend-in FHN-ə istinadən verdiyi məlumata görə, rayonda ümumi sahəsi 180 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 134 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.