Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Mahmud Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən M. Tağıyev 12 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Qafqaz” Xəbər Agentliyinin (qafqaznews.az saytı) rəhbəri Tağıyev Mahmud Rasim oğlu Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. Onun cinayət işi üzrə zərərəçəkmiş şəxs qismində “ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasov və “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Tofiq oğlu Bədəlov, həmçinin daha iki nəfər tanınıb.