...

Sumqayıtda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 10 May 2019 14:35 (UTC +04:00)
Sumqayıt şəhərində yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Sumqayıtda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Sumqayıt şəhərində yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də şəhər ərazisində “DAF” markalı yük avtomobilindən 6170 manat və 5000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən İnşaatçılar qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Ağayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti