...

Goranboyda kombayn, Sabirabadda traktor qoşqusu yanıb

Hadisə Materials 15 İyun 2019 19:55 (UTC +04:00)
Qoşqunun, ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub.
Goranboyda kombayn, Sabirabadda traktor qoşqusu yanıb

Bakı. Trend:

Goranboy rayonunun Hacallı kəndində kombaynın mühərrik hissəsi və 2 ədəd qabaq təkəri yanıb, qalan hissəsi yanğından mühafizə olunub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sabirabad rayonunun Ulacalı kəndində traktor qoşqusunun təkərləri və qoşquya yığılan 4 ton ot bağlamasının 2 tonu yanıb.

Qoşqunun, ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti