...

Şəmkirdə 5 otaqlı ev yanıb

Hadisə Materials 19 İyun 2019 23:14 (UTC +04:00)
Şəmkirdə yanğın qeydə alınıb
Şəmkirdə 5 otaqlı ev yanıb

Bakı. Trend:

Şəmkirdə yanğın qeydə alınıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Zəyəm Cırdaxan kəndində ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti