...

Qeyri-çimərlik ərazidə 2 nəfər batıb

Hadisə Materials 23 İyun 2019 18:13 (UTC +04:00)
Qeyri-çimərlik ərazidə 2 nəfər batıb
Qeyri-çimərlik ərazidə 2 nəfər batıb

Bakı. Trend:

Qeyri-çimərlik ərazidə 2 nəfər batıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 2 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri batan şəxslərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitlərini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti