...

Sabunçuda eyni gündə qəzada iki piyada öldü

Hadisə Materials 24 İyun 2019 13:28 (UTC +04:00)
Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Sabunçuda eyni gündə qəzada iki piyada öldü

Bakı. Samir Əli - Trend:

Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 23-də saat 23 radələrində Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Tağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Eldar Bəhramovu vurub. E.Bəhramov hadisə yerində ölüb.

İyunun 23-də saat 9 radələrində isə Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə 40-45 yaşlı kişi vurulub. Həmin şəxs hadisə yerində ölüb.

Hər iki faktla bağlı Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti