...

Xətai rayonunda yanğınla bağlı qərargah yaradılıb (YENİLƏNİB)

Hadisə Materials 26 İyun 2019 15:01 (UTC +04:00)
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xətai rayonunda yanğının baş verdiyi əraziyə gəliblər.
Xətai rayonunda yanğınla bağlı qərargah yaradılıb (YENİLƏNİB)

İlk xəbər saat 13:35-də yayılıb

Bakı. Trend:

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xətai rayonunda yanğının baş verdiyi əraziyə gəliblər.

Trend-in məlumatına görə, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə işlərini davam etdirilir.

Yanğınla bağlı qərargah yaradılıb.

XXX

saat 13:35

Zığ şosesində fərdi yaşayış evləri yanır.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti