...

Yanan gəmi SOCAR-a məxsus deyil

Hadisə Materials 2 İyul 2019 10:40 (UTC +04:00)
Dünən axşam saat 23:20 radələrində "Petkim" limanının 5 saylı yanalma körpüsünə maye hidrokarbon doldurmaq üçün yaxınlaşan zaman İtaliya bayraqlı, "Synzania" adlı gəmidə məlum olmayan səbəblərdən yanğın baş verib.
Yanan gəmi SOCAR-a məxsus deyil

Bakı. Trend:

Dünən axşam saat 23:20 radələrində "Petkim" limanının 5 saylı yanalma körpüsünə maye hidrokarbon doldurmaq üçün yaxınlaşan zaman İtaliya bayraqlı, "Synzania" adlı gəmidə məlum olmayan səbəblərdən yanğın baş verib.

Trend-in məlumatına görə, əməkdaşlarımızın dərhal müdaxiləsi nəticəsində yanğın söndürülüb, gəmidə soyutma əməliyyatları davam etdirilməkdədir.

Bütün gəmi əməkdaşları təxliyə edilib, yaralı bir gəmi əməkdaşı vəfat edib, qazdan zəhərlənən bir nəfər isə müalicə və müayinə üçün xəstaxanaya yerləşdirilib.

Yanğının səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti