...

Binəqədidə metal qəbulu məntəqəsindən 600 manatlıq mis oğurlandı

Hadisə Materials 6 İyul 2019 11:42 (UTC +04:00)
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki metal qəbulu məntəqəsindən 600 manat dəyərində misin oğurlandığını bildirilib.
Binəqədidə metal qəbulu məntəqəsindən 600 manatlıq mis oğurlandı

Bakı. Trend:

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini N.Nəcəfquliyev iyun ayının 29-na keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki metal qəbulu məntəqəsindən 600 manat dəyərində misin oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb, bu cinayət əməlinin 3 nəfər tərəfindən törədildiyi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakinləri Q.Məmmədov, Ə.Qasımov və Abşeron rayon sakini V.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti