Bakı şəhərinin Sabunçu rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Mövlanov Fuad Azad oğlunun axtarışları başa çatıb.
FHN-dən verilən məlumata görə, F.Mövlanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.