...

Balakəndə taxta sexi yanıb

Hadisə Materials 27 Avqust 2019 06:30 (UTC +04:00)
Balakən rayonunda yanğın hadisəsi baş verib
Balakəndə taxta sexi yanıb

Bakı. Trend:

Balakən rayonunda yanğın hadisəsi baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, Balakən rayonunun Tülü kəndində ümumi sahəsi 20 m² olan tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) içərisinə yığılmış 5 m³ taxta materiallarının 3 m³, 2 ədəd dəzgah və yaxınlıqda yığılmış 8 m² sahədə taxta tullantıları yanıb. Taxta materiallarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti