...

Bakıda 2 əcnəbini soyan şəxs tutuldu

Hadisə Materials 30 Avqust 2019 11:33 (UTC +04:00)
Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakıda 2 əcnəbini soyan şəxs tutuldu

Bakı. Samir Əli - Trend:

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən 2 əcnəbi vətəndaş avqustun 28-də axşam saatlarında N.Rəfibəyli küçəsində onlara yaxınlaşmış naməlum şəxsin içərisində 100 manat, 100 ABŞ dolları və 200 real olan pulqabılarını açıq talama yolu ilə apardığını bildiriblər.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırma aparılıb. "İsti izlər"lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Miriyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti