Bakı. Samir Əli - Trend:
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, hadisə beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzildə qeydə alınıb. Nəticədə mənzilin 1 otağı 20 kvadratmetr sahədə yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.