...

Sumqayıt sakinini qətlə yetirən şəxs saxlanılıb

Hadisə Materials 27 Sentyabr 2019 11:23 (UTC +04:00)
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini Mətləb Qədirov tutulub.
Sumqayıt sakinini qətlə yetirən şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Sentyabrın 25-də saat 21 radələrində Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Eldarovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini Mətləb Qədirov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti