...

Bakıda ağır qəza - "xuliqanski" VAZ yararsız vəziyyətdə (FOTO)

Hadisə Materials 8 Oktyabr 2019 13:24 (UTC +04:00)
Bakıda iki maşın toqquşub.
Bakıda ağır qəza - "xuliqanski" VAZ yararsız vəziyyətdə (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda iki maşın toqquşub.

Trend-in məlumatına görə, yol-nəqliyyat hadisəsi Sabunçu rayon Balaxanı qəsəbəsində qeydə alınıb. Üzərində "xuliqanski" yazılan 10-RM-526 dövlət qeydiyyat nömrəli "VAZ", yolun əks istiqaməti ilə hərəkətdə olan "Opel" ilə toqquşub.

Toqquşmanın gücündən avtomobillərə ciddi ziyan dəyib.

Hadisə nəticəsində xəsarət alan şəxs Dadaşov Mehman 3 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olduğundan dərhal əməliyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti