...

Təmir olunan bankın binası uçuldu

Hadisə Materials 14 Oktyabr 2019 11:57 (UTC +04:00)

Bakı. Trend:

Çində təmiri aparılan bank binası uçulub.

Trend-in məlumatına görə, uçulan binada ölkənin şimal-şərqində Tszilin vilayətində yerləşən Aqrar Kommersiya Bankının ofisi yerləşib.

Xilasedicilər dağıntılar altından 4 nəfəri sağ çıxara biliblər. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Daha 2 nəfər fəhlənin dağıntılar altında qaldığı bildirilir. Hazırda onların xilas edilməsi üçün operativ iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti