...

Balakəndə ferma yanıb

Hadisə Materials 8 Noyabr 2019 09:00 (UTC +04:00)
Balakəndə ferma yanıb
Balakəndə ferma yanıb

Bakı. Trend:

Balakəndə ferma yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qazma kəndində ümumi sahəsi 1000 m² olan fermanın yanar konstruksiyaları və içərisinə yığılan 140 ton ot bağlamasının 100 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti