...

Zəhərlənən tələbə qızlardan daha biri evə buraxılıb (YENİLƏNİB)

Hadisə Materials 26 Noyabr 2019 10:29 (UTC +04:00)
Bakıda kirayə qaldıqları evdə zəhərlənən 6 tələbə qızdan daha biri evə buraxılıb.
Zəhərlənən tələbə qızlardan daha biri evə buraxılıb (YENİLƏNİB)

Bakı. Ceyhun Ələkbərov - Trend:

İlk xəbər saat 09:15-də yayımlanıb

Bakıda kirayə qaldıqları mənzildə zəhərlənən 6 tələbə qızdan daha biri evə buraxılıb. Trend-in məlumatına görə, daha öncə 4 nəfər evə buraxılmışdı.

Hazırda 1 tələbə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicəsini davam etdirir.

X X X

saat 09:15

Bakıda kirayə qaldıqları evdə zəhərlənən 6 tələbə qızdan 4-ü evə buraxılıb.

Trend-in məlumatına görə, digər iki qız müalicələrini davam etdirir.

Xatırladaq ki, Bakıda daha 6 tələbə qız dəm qazından zəhərlənib, onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti