Bakı. Samir Əli - Trend:
Bakıda şirniyyat dükanına basqın edilib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 70-də baş verib.
Naməlum şəxs həmin ünvanda yerləşən "AZZA" şirniyyat dükanına daxil olaraq orada işləyən Atakişiyev Ülvi Elşad oğlunu bıçaqla öldürməklə hədələyib.
Naməlum şəxs satıcıdan kassadakı pulları tələb edib.
Nəticədə həmin şəxs kassadan 950 manat və 1 ədəd "Alpha Line" içkisini götürərək hadisə yerindən qaçıb.
Keçirilən əməliyyat - axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən keçmiş məhkum Abdullayev Arzu Nemət oğlu saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.