...

Bakı-sərnişin Keşlə mənzilində yaranan texniki nasazlıq aradan qaldırılıb

Hadisə Materials 5 Dekabr 2019 10:08 (UTC +04:00)
Kəskin hava şəraiti ilə əlaqədar bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb.
Bakı-sərnişin Keşlə mənzilində yaranan texniki nasazlıq aradan qaldırılıb

Bakı. Trend:

Kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb.

Bu barədə Trend “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinə istinadən xəbər verir.

Məlumatda deylir ki, hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb. Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb.

Hazırda qatarlar cədvəl üzrə hərəkət edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti