...

Ağdaşda su kanalına düşən 37 yaşlı şəxsin meyiti tapılıb (YENİLƏNİB)

Hadisə Materials 5 Dekabr 2019 15:10 (UTC +04:00)
Ağdaşda 1982-ci il təvəllüdlü Quliyev Aqşin Əlikram oğlu naməlum şəraitdə su kanalına düşüb.
Ağdaşda su kanalına düşən 37 yaşlı şəxsin meyiti tapılıb (YENİLƏNİB)

Bakı. Trend:

Ağdaş rayonunda naməlum şəraitdə su kanalına düşən 1982-ci il təvəllüdlü Quliyev Sahib Əlikram oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, S.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

XXX

Ağdaşda 1982-ci il təvəllüdlü Quliyev Aqşin Əlikram oğlu naməlum şəraitdə su kanalına düşüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti