...

Ağstafada iki ədəd əl qumbarası tapılıb (FOTO)

Hadisə Materials 12 Dekabr 2019 17:52 (UTC +04:00)
Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində aparılan təmizləmə əməliyyatları zamanı 2 ədəd F-1 əl qumbarası aşkar olunub.
Ağstafada iki ədəd əl qumbarası tapılıb (FOTO)

Bakı. Trend:

Dekabrın 12-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində aparılan təmizləmə əməliyyatları zamanı 2 ədəd F-1 əl qumbarası aşkar olunub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, əl qumbaralarının üzərində partladıcısının (UZRQM) olmasını və korroziyaya uğramısını nəzərə alaraq, əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə aidiyyatı tədbirlər görülərək, Agentliyin mütəxəssisləri tərəfindən Ağstafa rayon Polis şöbəsinin və yerli icra nümayəndəsinin iştirakı ilə yerində zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti