...

İran vətəndaşı 2 kq-dan artıq narkotik vasitə keçirərkən sərhəddə saxlanıldı (FOTO)

Hadisə Materials 13 Dekabr 2019 09:42 (UTC +04:00)
“Astara” sərhəd nəzarət məntəqəsində İrandan Azərbaycana keçirilən narkotik vasitə aşkarlanıb
İran vətəndaşı 2 kq-dan artıq narkotik vasitə keçirərkən sərhəddə saxlanıldı (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən (DSX) Trend-ə verilən məlumata görə, dekabrın 11-də “Astara” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına rəsmi qaydada gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Asadi Ramin Sedigh oğlunun üzərinə sərhəd və gömrük baxışı keçirilən zaman 25 bükümdə konfet bağlamanın içərisində və xüsusi hazırlanmış gül səbətinin altında gizlədilmiş şəkildə ümumi çəkisi 2 kq 137 qr “tiryək” narkotik vasitə aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti