...

Tərtərdə 17 yaşlı gəlin evdən qaçdı

Hadisə Materials 13 Dekabr 2019 17:18 (UTC +04:00)
Tərtərdə 17 yaşlı gəlin evdən qaçıb.
Tərtərdə 17 yaşlı gəlin evdən qaçdı

Bakı. Samir Əli - Trend:

Tərtərdə 17 yaşlı gəlin evdən qaçıb.

Trend-in məlumatına görə, bu barədə polisə qadının həyat yoldaşı Ağani Mahir Azad oğlu məlumat verib.

O bildirib ki, Tərtər şəhəri, M.F.Axundov küçəsi 31 saylı evdə onunla birlikdə qeyri-rəsmi nigahda yaşayan həyat yoldaşı, 2002-ci il təvəllüdlü Məmmədova Fatma Murtuz qızı noyabrın 29-dan 30-na keçən gecə əşyalarını yığaraq yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti