...

Gəncədə 4 otaqlı ev yanıb

Hadisə Materials 30 Dekabr 2019 09:09 (UTC +04:00)
Gəncə şəhərində 4 otaqlı evdə yanğın hadisəsi baş verib.
Gəncədə 4 otaqlı ev yanıb

Bakı. Trend:

Gəncə şəhərində 4 otaqlı evdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə yanıb.

Yüksək temperaturdan evin mətbəxində əşyalar 2 m² sahədə və lambirindən ibarət tavan 13 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti