...

Zaqatalada 5 otaqlı ev yanıb

Hadisə Materials 1 Yanvar 2020 22:34 (UTC +04:00)
Zaqatala rayonunda ev yanıb
Zaqatalada 5 otaqlı ev yanıb

Bakı. Trend:

Zaqatala rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Zaqatala rayonunun Göyəm kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 5 otaqlı evin bir otağının tavanı 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti