...

Bakıda qətl: Bibisi oğlunu bıçaqlayaraq öldürdü

Hadisə Materials 9 Yanvar 2020 12:35 (UTC +04:00)
Bakıda bibisi oğlunu qətlə yetirən şəxs saxlanılıb.
Bakıda qətl: Bibisi oğlunu bıçaqlayaraq öldürdü

Bakı. Trend:

Bakıda bibisi oğlunu qətlə yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 8-də saat 21 radələrində Şabran rayon sakini R.İsmiyev Suraxanı rayonunun Bülbülə qəsəbəsində kirayədə yaşadığı evdə münaqişə zəminində onunla birgə yaşayan bibisi oğlu Cavid Muxtarova bıçaqla xəsarət yetirib.

C.Muxtarov xəstəxanaya aparılarkən yolda ölüb.

Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Şabran rayon sakini R.İsmiyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti