...

Bəxtiyar Hacıyevi hədələyən şəxs saxlanıldı

Hadisə Materials 14 Yanvar 2020 15:43 (UTC +04:00)
Sosial şəbəkədə gənc fəal Bəxtiyar Hacıyevi təhqir edən şəxs saxlanılıb.
Bəxtiyar Hacıyevi hədələyən şəxs saxlanıldı

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Sosial şəbəkədə gənc fəal Bəxtiyar Hacıyevi təhqir edən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumatda bildirilir ki, müraciət əsasında araşdırma aparılıb. Yasamal RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edən 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov müəyyən olunaraq saxlanılıb.

Məlum olub ki, E.Bağırov CM-nin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti