...

Göygöldə əməliyyat: Kənd sakinindən silah-sursat aşkarlandı (FOTO)

Hadisə Materials 31 Yanvar 2020 12:33 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Göygöldə əməliyyat: Kənd sakinindən silah-sursat aşkarlandı (FOTO)

Bakı. Samir Əli - Trend:

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Topalhəsənli kənd sakini, Mərdan Həsənovun kənddə yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd, “Karabin” markalı yivli odlu silah və həmin silaha aid 29 ədəd patron aşkar olunaraq aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti