...

Paytaxtda naməlum kişi meyiti aşkar edilib

Hadisə Materials 26 Fevral 2020 09:48 (UTC +04:00)
Bakının Nəsimi rayonunda naməlum kişi meyiti aşkarlanıb.
Paytaxtda naməlum kişi meyiti aşkar edilib

Bakı. Samir Əli - Trend:

Bakının Nəsimi rayonunda naməlum kişi meyiti aşkarlanıb.

Trend-in məlumatına görə, H.Seyidzadə küçəsi 4 saylı ünvanın qarşısında 25-30 yaşlı, üzərində heç bir zorakılıq əlamətləri olmayan kişi meyiti tapılıb.

Meyit daxili və xarici müayinə olunması üçün Səhiyyə Nazirliyinin MTE və PAB-nin Nəsimi rayon şöbəsinə təqdim edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti