...

Bərdədə qadın qonşusu tərəfindən döyülərək öldürüldü

Hadisə Materials 28 Fevral 2020 09:59 (UTC +04:00)
Bərdə rayonunda qadın döyülərək qətlə yetirilib.
Bərdədə qadın qonşusu tərəfindən döyülərək öldürüldü

Bakı. Samir Əli - Trend:

Bərdə rayonunda qadın döyülərək qətlə yetirilib.

Trend-in məlumatına görə, hadisə rayonun Zümürxan kəndində baş verib.

Kənd sakini, 1962-ci il təvəllüdlü İbadova Tahirə Tofiq qızının üzərində xəsarətlər olan meyiti yaşadığı evdə tapılıb. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Zümürxan kənd icra nümayəndəsi Mübariz Abbasov Trend-ə açıqlamasında bildirib ki, hadisədə qadının həyat yoldaşı Vahid İbadov və 25 yaşlı qonşu oğlan şübhəli şəxs qismində saxlanılıb: "İlkin məlumata görə, qadının baş nahiyəsinə taxta parçası ilə vurub öldürüblər. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil".

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti