...

Bakıda gecə baş verən ağır qəza ilə bağlı məlumat yayıldı

Hadisə Materials 3 Mart 2020 15:41 (UTC +04:00)

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Bakıda iki nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, martın 3-də saat 1 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakinləri Namiq Dəmirovun idarə etdiyi “TOFAŞ” və Sadiq Qardaşxanovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü hadisə yerində ölüb, bir sərnişin xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti