...

Bakıda 33 yaşlı kişi tanımadığı şəxs tərəfindən bıçaqlandı

Hadisə Materials 11 Mart 2020 10:25 (UTC +04:00)
Bakıda orta yaşlı kişi küçədə bıçaqlanıb.
Bakıda 33 yaşlı kişi tanımadığı şəxs tərəfindən bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Bakıda orta yaşlı kişi küçədə bıçaqlanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayon Ə.Ağayev küçəsində baş verib.

1987-ci il təvəllüdlü Elşən Quliyev küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb. E. Quliyev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti