...

Balakən sakinindən 7 kiloqramdan çox marixuana götürülüb

Hadisə Materials 27 Mart 2020 16:44 (UTC +04:00)
Balakən sakinindən 7 kiloqramdan çox marixuana götürülüb

Bakı. Trend:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Balakən rayon sakini V.Əmralıyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Balakən RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qullar kənd sakini, əvvəllər məhkum olunmuş V.Əmralıyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 115 qramdan artıq marixuana, 5 qramdan artıq çətənə toxumu və 1 ədəd bıçaq götürülüb.

Ətrafında aparılmış tədbirlərlə onun evindən 7 kiloqram 50 qram marixuana, 104 qramdan artıq çətənə toxumu, 2 ədəd elektron tərəzi, 19 ədəd ov tüfəngi patronu aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti