Bakı. Trend:
Ağcabədi rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Ağcabədi rayonunun Qaravəlli kəndində ümumi sahəsi 165 m² olan evin yanar konstruksiyaları 85 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.