...

Şəkidə yük avtomobilləri toqquşdu

Hadisə Materials 31 Mart 2020 09:11 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə,elə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şəki şəhərində “Ford” və “KamAZ” markalı iki yük avtomobili toqquşub.
Şəkidə yük avtomobilləri toqquşdu

Bakı. Trend:

Şəkidə yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, elə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şəki şəhərində “Ford” və “KamAZ” markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan " Ford" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti