...

Bakıda avtomobil oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 20 Aprel 2020 13:36 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı şəhərinin Nizami rayonu ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs avtomobillə birgə tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami RPİ-nin 23-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini M.İsmayılov aprelin 19-da rayon ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş R.Mikayılov Xətai rayonu ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti