Bakı. Samir Əli - Trend:
Bakıda silahlı şəxs yaxalanıb.
Trend-in məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, 1979-cu il təvəllüdlü R.Quliyevdən sandıqcasında 5 patron olan “Makarov” tipli tapança aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.