...

Gəncədə oğurluq edən şəxslər saxlanıldı (FOTO/VİDEO)

Hadisə Materials 8 May 2020 11:03 (UTC +04:00)
Gəncədə oğurluq edən şəxslər saxlanıldı (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində bir neçə evdən su qurğuları oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Məmmədhəsən Həsənov və Elnur Axundov ayrı-ayrılıqda şəhər sakinlərinə məxsus su tənzimləyicilərini oğurlayıblar. İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət hadisələrini etiraf ediblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki köşklərdən oğurluq edən şəxslər də saxlanılıb. Belə ki, Kərim Məmmədov və Zorxan Rzayev şəhər ərazisində fəaliyyət göstərən ümumilikdə köşkə qanunsuz daxil olaraq oradan tütün məmulatlarını, sim kartları və kassadan nağd pul oğurlayıblar. Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, tütün məmulatlarını müxtəlif ünvanlarda satdıqlarını bildiriblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti