...

Gürcüstandan Azərbaycana tibbi ləvazimatlar və dərman preparatları keçirməyə çalışdı (FOTO)

Hadisə Materials 14 May 2020 14:15 (UTC +04:00)
Gürcüstandan Azərbaycana tibbi ləvazimatlar və dərman preparatları keçirməyə çalışdı (FOTO)

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 6 min ədəd müxtəlif markalı siqaretlərin, 3 ədəd spirtli içki və 53 qutu müxtəlif markalı dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz 1844", Azərbaycan Respublikası vətəndaşının isə idarə etdiyi "Mercedes Benz 1840 LS" markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 3 ədəd spirtli içki, 6000 ədəd "Marlboro" markalı siqaretlər, 6 adda, 53 qutu dərman preparatları və 10 ədəd tibbi ləvazimatlar aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti