...

Astara sakini mənzilində halsız vəziyyətdə tapılıb

Hadisə Materials 7 İyun 2020 02:25 (UTC +04:00)
Astara sakini mənzilində halsız vəziyyətdə tapılıb

Bakı. Trend:

Astara rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Astara rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti