...

Qobustanda 4 otaqlı ev yanıb

Hadisə Materials 20 İyun 2020 02:37 (UTC +04:00)
Qobustanda 4 otaqlı ev yanıb

Bakı. Trend:

Qobustan rayonunun Bədəlli kəndində ümumi sahəsi 135 m2 olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 150 m2 olan talvarın yanar konstruksiyaları 110 m2 sahədə və talvarın altına yığılan 7 ton ot bağlamasının 4 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti