...

Masallıda tibbi maskadan istifadə etməyənlər cərimələndi (FOTO)

Hadisə Materials 20 İyun 2020 11:23 (UTC +04:00)
Masallıda tibbi maskadan istifadə etməyənlər cərimələndi (FOTO)

Bakı. Trend:

Masallıda tibbi maskadan istifadə etməyənlər cərimələnib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Polis əməkdaşları sakinlərin daha sıx toplaşdığı, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələbləri izah edilib, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu vətəndaşların diqqətinə çatdırılıb. Bununla yanaşı xəbərdarlıqlara riayət etməyən və karantin rejiminin tələblərini pozmaqda davam edən vətəndaşlar barəsində qanunamüvafiq tədbirlər görülüb və hər biri İnzibati Xətalara Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimələniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti