...

Ağsuda avtobusda maskadan istifadə etməyənlər cərimələnib

Hadisə Materials 1 İyul 2020 12:16 (UTC +04:00)
Ağsuda avtobusda maskadan istifadə etməyənlər cərimələnib

Bakı. Samir Əli - Trend:

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman Şamaxı rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusu saxlayarkən sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi, eləcə də ara məsafəsini gözləmədən əyləşdikləri müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabirabaddan Ağsu və Şamaxı rayonlarına gəzmək məqsədilə gələn gənclərə tibbi maskadan istifadənin zəruri olduğu və ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar olaraq sosial izolyasiya qaydalarına riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb.

Sürücü və sərnişinlər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti