...

Bakıda karantin rejimi qaydalarına əməl etməyən şəxslər cərimə olundu (FOTO)

Hadisə Materials 6 İyul 2020 23:08 (UTC +04:00)
Bakıda karantin rejimi qaydalarına əməl etməyən şəxslər cərimə olundu (FOTO)

Bakı. Samir Əli - Trend:

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunublar.

Trend-in məlumatına görə, Xətai RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Sadıqcan küçəsində yerləşən “Dost qapısı” kafesində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarını pozan şəxslər saxlanılıblar.

Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin sahibi A.Novruzov 2000 manat, digərləri 200 manat cərimə olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti