...

Gədəbəydə "KamAZ" yanıb

Hadisə Materials 20 İyul 2020 00:50 (UTC +04:00)
Gədəbəydə "KamAZ" yanıb

Bakı. Trend:

Gədəbəy rayonunda yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qaradağ kəndində “KamAZ” markalı yük avtomobilinin kabinəsi qismən və banına yığılan 7,4 ton ot bağlamasının 2,4 tonu yanıb. Avtomobilin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti