...

AzTV-nin daha bir əməkdaşı koronavirusdan dünyasını dəyişib

Hadisə Materials 20 İyul 2020 20:46 (UTC +04:00)

Bakı. Trend:

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin operatoru 74 yaşlı İmanov Abasağa koronavirusdan dünyasını dəyişib.

QSC-dən Trend-ə verilən məlumata görə, veteran operator 60 yaşı ötmüş bütün digər əməkdaşlar kimi artıq 1 aya yaxındır TV-yə gəlməsə də, qəflətən evdə özünü pis hiss edib:

"6 gün idi ki, xəstəxanada müalicə alan həmkarımız bu gün dünyasını dəyişib. AzTV kollektivi adından həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti