...

Kolumbiyada 5 bal gücündə zəlzələ olub

Hadisə Materials 22 İyul 2020 05:39 (UTC +04:00)
Kolumbiyada 5 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Kolumbiyanın şimal-şərqində 5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Pyedekuesta munisipalitetində (Santander departamenti) baş verib.

Yeraltı təkanların ocağı 163 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti